STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
Naxçıvan Rəssamlar Birliyində "Milli Mətbu-Art 150" adı altında onlayn sərgi təşkil edilib
22 İyul Milli Mətbuat Günü ilə əlaqədar Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyevanın kuratorluğu ilə "Milli Mətbu-Art 150" adı altında onlayn sərgi təşkil edilib.
Sərgidə Azərbaycan Respublikasından 24 rəssam, 30 əsər ilə qatılıb.
MİLLİ MƏTBUATIMIZIN 150 İLLİYİ MÜBARƏK OLSUN!
2025-ci il 25 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır.
Biz Rəssamlar bu sərgi ilə, cəmiyyətin inkişafına töhfələr vermiş rəssamların ənənəsini davam etdirərək, milli mətbuatımıza öz əsərlərimizlə bundan sonra da töhfə verəcəyimizə əminik.
1875-ci ildən sonra çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir.
1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub.
Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoymuş, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərmiş, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratmışdır.
Bu gün də mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır.
Mətbuat Gününə rəssamlarımızın gözü ilə baxaq!
İştirakçılar:
Xalq rəssamı Hüseynqulu Əliyev, Azərbaycanın Respublikasının Əməkdar rəssamıarı: İnna Kostina,
Ödtekin Ağababayev, Nailə Əhmədova, Eldar Qurbanov, Ülviyyə Həmzəyeva ,Telman Abdinov, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamıarı: Həbibə Allahverdiyeva, Əli Səfərli,Cavid İsmayılov, Sabir Məmmədov, Elman Cəfərli və Azərbaycanın tanınmış rəssamları: Tatyana Ağababayeva, Fərman Hüseynov, Aynura Mustafayeva, Ramiz Abbasov, Tural Həsənli, Şəmsiyyə Zalova, İntiqam Ağayev, Günel Ravilova,
Rəhim Həşimov, Fərhad Rəhimov iştirak etmişlər.
İştirak edən hər rəssama təşəkkürümüzü bildirir, sizinlə sərgimizin daha böyük anlam qazanmış olduğunu bildiririk!
26-10-2025 17:03