STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Hökümə Seyidlinin "incə əllər- əlvan rənglər" adlı fərdi hesabat sərgisi keçirilmişdir

Hökümə Seyidlinin "incə əllər- əlvan rənglər" adlı fərdi hesabat sərgisi keçirilmişdir

17 sentyabr 2025-ci il tarixində "Konstitusiya və Suverenlik ili" çərçivəsində Naxçıvan MR  Rəssamlar Birliyinin B.Kəngərli adına sərgi salonunda gənc rəssam Hökümə Seyidlinin "incə əllər- əlvan rənglər" adlı fərdi hesabat sərgisi keçirilmişdir.
Ekspozisiyada əsasən mənzərə və natürmort janrına üstünlük verən gənc rəssam ilk sərgisində papyemaşe formatında məişət janrında olan işlər də sərgiləmişdir. Qeyd edək ki, Hökümə Seyidli, Əməkdar rəssam Əli Səfərovun tələbəsidir.
Gənc rəssama gələcək hədəflərində uğurlar arzu edir, yeni nailiyyətlər diləyirik!
Sərgi həftə sonunadək ictimaiyyətə açıqdır.

  26-10-2025 17:19
Qalereya