STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Mirzə Qədim İrəvaninin 200 illiyinə həsr olunmuş "Təvəzökar Mirzə Qədim İrəvanini" adlı sərgi keçirilib

Mirzə Qədim İrəvaninin 200 illiyinə həsr olunmuş "Təvəzökar Mirzə Qədim İrəvanini" adlı sərgi keçirilib

Naxçıvan MR Rəssamlar Birliyinin, Naxçıvan Dövlət Universitetinin, AMEA Naxçıvan bölməsinin, Naxçıvan Müəllimlər İnstitunun, Qərbi Azərbaycan İcmasının və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə B.Kəngərli adına Sərgi Salonunda "Konstitusiya və Suverenlik ili " çərçivəsində, Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən Mirzə Qədim İrəvaninin 200 illiyinə həsr olunmuş "Təvəzökar Mirzə Qədim İrəvanini" adlı sərgi keçirilib.
Naxçıvan Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı Ülviyyə Həməzyeva gələn qonaqları salamlayaraq sərgi haqqında geniş məlumat verib.
Azərbaycan Respublikasının Milli Məclisin deputatı 
Tamam Cəfərova, Türkiyənin Naxçıvandakı baş Konsulu Asip Kaya çıxış edərək, sərgi haqqında təəssüratlarını bölüşdülər, rəssamları təbrik etdilər.
Sərgidə: KİV nümayəndələri, Azərbaycan Respublikasının Milli Məclisin deputatları, Naxçıvan MR Ali Məclisinin deputatları, Naxçıvanda Türkiyə Respublikasının Konsulu, Kamil Əliyev adına Xalça Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Ədəbiyyat Muzeyi, Bəhruz Kəngərli Muzeyi, Naxçıvan Rəssamlar Birliyinin üzvləri və əməkdaşları iştirak etmişlər.

  26-10-2025 17:52
Qalereya