STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Aliyə Həmzəyevanın “Zərrə-zərrə mən” adlı fərdi yaradıcılıq sərgisi keçirildi

20 oktyabr 2025-ci il tarixində "Konstitusiya və Suverenlik ili " çərçivəsində Rəssamlar Birliyinin B.Kəngərli adına sərgi salonunda "təsviri incəsənət dərsinin müəllimlərini tanıyaq" devizi altında 8 nömrəli tam orta məktəbin, təsviri incəsənət fənni üzrə müəlliməsi Aliyə Həmzəyevanın “Zərrə-zərrə mən” adlı fərdi yaradıcılıq sərgisi keçirildi. Pedaqoq-rəssam Aliyə Həmzəyeva öz düşüncə tərzi ilə yanaşı, həmçinin dudlinq sənətinin sintezini öz əsərləri ilə təqdim etdi. Sərgini açılış nitqi ilə Naxçıvan Rəssamlar Birliyinin sədri, əməkdar rəssam, Milli Məclisin deputatı Ülviyyə Həməzyeva başladı. O, rəssamın həyat və yaradıcılığı haqqında çıxış etdi. Sonra, əməkdar rəssam, Ali Məclisinin deputatı Həbibə Allahverdiyeva, əməkdar rəssam Telman Abdinov, sənətşünas Nizami Alıyev, Təhsil Nazirliyinin nümayəndəsi və 8 nömrəli tam orta məktəbin direktoru çıxış edərək, Aliyə xanımı təbrik edib, uğurlar dilədilər. Sərgi həftə ərzində davam edəcək.

  31-10-2025 15:36
Qalereya