STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş sərgi konsert keçiriləcək.

Naxçıvan MR Rəssamlar Birliyinin B.Kəngərli adına sərgi salonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd olundu.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbir çərçivəsində “Dahi bəstəkar” adlı tematik sərgi nümayiş etdirildi, NDU-nun İncəsənət Fakültəsinin müəllim və tələbələrinin iştirakı ilə “TURAN” vokal-instrumental ansamblının ifasında Üzeyir Hacıbəylinin ölməz əsərləri səsləndi. 

  08-01-2026 16:13
Qalereya