STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Qəhrəman Tağıyev

TAĞIYEV Qəhrəman Fərman oğlu 11.04.1947-ci ildə Naxçıvan şəhərində anadan olub. Rəssam. M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb (1968-1973). Naxçıvan şəhər H.Cavid adına 5 №-li tam orta məktəbdə müəllim vəzifəsində işləyib (1974-2012). Azərbaycan Rəssamlar İttifaqının (2017) və Naxçıvan Rəssamlar Birliyinin üzvüdür (2013). Naxçıvan Biznes Mərkəzində (2013), Naxçıvan MR Rəssamlar Birıliyinin Bəhruz Kəngərli adına səgi salonunda fərdi sərgi (2015) və anadan olmasının 70 illiyinə həsr olunmuş yubiley sərgisi keçirmişdir ( 2017). “Naxçıvan-Bəşəriyyətin Beşiyi” IV və V Beynəlxalq Rəsm Festivalının iştirakçısıdır (2018, 2021). Naxçıvan MR Rəssamlar Birliyinin keçirdiyi “Naxçıvan-95” “Yurdum Mənim” festival-müsabiqəsində plakat nominasiyası üzrə I yerin qalibi olmuşdur (2019). Naxçıvan MR Rəssamlar Birliyinin təşkil etdikləri sərgi və tədbirlərin fəal iştirakçısıdır. Əsərləri Bakı, Naxçıvan şəhərlərində, Naxçıvan Dövlət Rəsm Qalereyasında, Hüseyn Cavidin Ev Muzeyində, Bəhruz Kəngərli Muzeyində, Naxçıvan Dövlət Duz Muzeyində və bir çox şəxsi koleksiyalarda saxlanılır.