STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Fikrət Babayev

BABAYEV Fikrət Həsən oğlu. 29.05.1952-ci ildə Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. Rəssam. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin rəngkarlıq şöbəsini bitirmişdir (1968-1972). SSRİ Rəssamlar İttifaqının, Gənclər Bölməsinin (1987-1991), Azərbaycan Rəssamlar İttifaqının (2010) və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvüdür (2012). Uzun illər pedaqoq-rəssam kimi gənc nəslin estetik dünya görüşünün formalaşmasında fəai iştirak etmişdir. Kəngərli rayon Qıvraq kəndi orta məktəbində (1972-1980) və Şaxtaxtı kəndi orta məktəbində, təsviri sənət müəllimi vəzifəsində işləmişdir(1980-2017). 2010-2020 -ci illərdə Kəngərli rayon Tarix-Diyarşünaslıq Muzeyinin bərpaçı rəssamı olmuşdur. “Naxçıvan - bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalında iştirak etmişdir (2021). Əsərləri Naxçıvan, Bakı və Moskva, şəhərlərində keçirilən qarışıq sərgilərdə nümayiş olunmuşdur. Rəssamın əsərləri Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyində, Türkiyə və İran kimi xarici ölkələrdə və bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.