STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Orxan Quliyev

QULİYEV Orxan Müzəffər oğlu 28.05.1978-ci ildə Babək rayonunun Böyükdüz kəndində anadan olmuş və 24.08.2020-ci ildə Naxçıvan şəhərində vəfat etmişdir. Rəssam. Naxçıvan Dövlət Universitetinin Rəsmxət, Təsviri İncəsənət və əmək müəllimi ixtisası üzrə bakalavr pilləsində təhsil almışdır (1998-2002). Azərbaycan Rəssamlar İtiifaqının (2011) və Naxçıvan MR Rəssamlar Birliyinin üzvü idi (2012). Naxçıvan MR Rəssamlar Birliyinin  keçirdiyi bir sərgilərin fəal iştirakçısı idi. Naxçıvan Xatirə Muzeyində tərtibatçı-rəssam vəzifəsində şalışırdı (2002). “Naxçıvan-bəşəriyyətin beşiyi” II, III və IV Beynəlxalq Rəsm Festivalında iştirak etmişdi (2014,2016,2018). Əsərləri Naxçıvan Dövlət Rəsm Qalereyasında, Bakı və Naxçıvan şəhərlərində bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.