STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Canpolad Səfərli

SƏFƏRLİ Canpolad Təvəkkül oğlu 11.11.1962-ci ildə Naxçıvan şəhərində anadan olub və 11.04.2011-ci ildə həmin şəhərdə vəfat edib. Rəssam, dəmir üzərində döymə ustası. Bakı şəhərində 84 №-li Texniki Rəssamlıq Məktəbinin dəmir üzərində döymə ixtisası üzrə təhsil alıb (1979-1981). SSRİ Rəssamlar İttifaqının (1984), Azərbaycan Rəssamlar İttifaqının (2010) və Naxçıvan MR Rəssamlar Birliyinin üzvü idi (2011). Naxçıvan MR Rəssamlar Birliyinin sərgilərində iştirakı (2001-2011). Əsərləri Naxçıvan və Bakı şəhərində bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.