STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Məmməd Qasımov

QASIMOV Məmməd Ələkbər oğlu 05.01.1925 Tbilisi şəhərində anadan olmuş və 28.01.1987-ci ildə Naxçıvan şəhərində vəfat etmişdir. Teatr rəssamı. Naxçıvan Muxtar Respublikanın Əməkdar incəsənət xadimi (1967). Azərbaycan Rəssamlar İtifaqı Naxçıvan Təşkilatının ilk sədri (1971). Tbilisi Rəssаmlıq Аkаdеmiyаsındа (1945-1947) və Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır (1947-1952). SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur (1970). Ömrünün sonuna kimi Naxçıvan Dövlət Dram Teatrının baş rəssamı vəzifəsində çalışmışdır(1952-1987). Məmməd Qasımov Naxçıvan Teatrının səhnəsində: Cəlil Məmmədquluzadənin “Ölülər” (1943, 1944, 1950, 1951, 1961),Üzeyir Hacıbəyovun “Ər və arvad” (1943, 1955), “Arşın mal alan” (1943, 1945, 1955), “Məşədi İbad” (”O olmasın, bu olsun”) (1963, 1985), “Əsli və Kərəm” (1968); “Anamın kitabı” (1965, 1984); Reinhold Moiseyeviç Qliyerin “Şahsənəm” (1944); Məmməd Səid Ordubadinin “Ürəkçalanlar” (1945, 1956); Ağası Məşədibəyovun “Toy kimindir” (1945); Suleiman Sani Axundovun “Eşq və intiqam” (1947, 1955, 1957, 1958); Səməd Vurğunun “Fərhad və Şirin” (1947, 1956, 195, 1960), “Vaqif” (1950, 1951, 1956, 1957, 1958, 1968), “Komsomol poeması (1962)”; Karlo Qoldoninin “İki ağanın bir nökəri” (1947), “Mehmanxana sahibəsi” (1968, 1970); Şəid Rüstəmovun “Durna” (1948, 1957); Ənvər Məmmədxanlının “Od içində” (1948, 1954); Cəfər Cabbarlının “Almas” (1948), “Sevil” (1949, 1963), “Aydın” (1950, 1956, 1957), “1905-ci ildə” (1952), “Od gəlini” (1953, 1954), “Solğun çiçəklər” (1954, 1956), “Yaşar”  (1958, 1967), “Nəsrəddin şah” (1960, 1961); Mirzə İbrahimovun “Həyat” (1948, 1954), “Yaxşı adam” (1966); İslam Səfərlinin “Xeyir və şər” (1948, 1950), “Göz həkimi” (1955, 1956, 1957), “Ana ürəyi” (1960); İlyas Əfəndiyevin “Bahar Suları” (1948, 1949, 1950); Sabit Rəhmanın “Toy” (1949, 1951, 1953, 1954, 1977), “Nişanlı qız” (1954, 1955, 1956, 1960), “Ulduz” (1958, 1959), “Əliqulu evlənir” (1960, 1961), “Xoşbəxtlər” (1964); Zeynal Xəlilin “Qatır Məmməd” (1949, 1950, 1956, 1958); Aleksandr Arbuzovun “Altı sevimli dost” (1949); Vilyam Şekspirn “Onikinci gecə” (1949, 1951). “Qış nağılı” (1960); Mirzə Fətəli Axundovun “Hacı Qara” (1949, 1954), “Lənkəran xanının vəziri” (1962); Aleksandr Şirvanzadənin “Namus” (1950, 1955, 1960); Mir Cəlil Paşayevin “Bir gəncin manifesti” (1950, 1952); Malyarovskinin “Sehirli küpə” (1951); Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” (1953, 1954, 1955, 1957); Vadim Sobkonun “İkinci cəbhə” (1953); Lope de Veqa “Sevilya ulduzu” (1954, 1955, 1956, 1960); İlyas Əfəndiyevin “Atayevlər ailəsi” (1954, 1955), “Sərhədçilər” (1958), “Sən həmişə mənimləsən” (1965), “Məhv olmuş gündəliklər” (1973); Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmur düşdük” (1955), “Hacı Qəmbər” (1955); Süleyman Rüstəmin “Qaçaq Nəbi” (1955, 1956, 1958, 1960); Abdulla Şaiqin “Vətən” (1955, 1958, 1959); Əyyub Abbasovun “Məlik Məmməd” (1955, 1956, 1972), “Aqil və Sərvinaz” (1956); Məmmədhüseyn Təhmasibin “Çiçəkli dağ” (1956), “Bahar” (1958); Vasili Şkvarkinin “Özgə uşağı” (1956); Georgi Midivaninin “Vətən namusu” (1956, 1958, 1959), “Konsulu oğurladılar” (1966); Asəhməd Tokayevin “Adaxlılar” (1957); Hüseyn Cavidin “Şeyx Sənan” (1957, 1962), “Səyavuş” (1962), “Şeyda” (1981), “Azər” (1983); Oqtay Xəlilovun “Cinayətin izi ilə” (1957); Məcid Şamxalovun “Qayınana” (1957, 1958); Rabindranat Taqorun “Qanq qızı” (1958); Nəriman Nərimanovun “Nadir şah” (1958, 1964); Mehdi Hüseynin “Cavanşir” (1958); Biçarinin “Xəyanət” (1958); Əliyar Yusiflinin “Vicdan əzabı” (1958, 1959, 1964), “Siz xoşbəxt yaşayın!” (1981); Bəxtiyar Vahabzadənin “Ədalət” (1958, 1959), “Yağışdan sonra” (1972); Baqdasarovun “Qanlı səhər” (1959); Cəmşid Əmirovun “Sahil əməliyyatı” (1959, 1960); Səttar Axundovun “Məzəlizadələr” (1960); Süleyman Əliyevin “İki ananın bir oğlu” (1960) “Canlı heykəl” (1978); Q. Məmmədovun “Dan yeri sökülərkən”  (1960); Firudin Axundovun “Qanlı çinar” (1961); Van Şin-Fu “Dağıdılmış piyalə” (1961); Məhərrəm Əlizadənin “Toy kimindir” (1961, 1962); Məmmədəli Tarverdiyevin “Kölgəli dağ” (1962); Qaragin Besin “Kərpic adam” (1962, 1963); Hüseyn Razinin “Odlu diyar” (1963, 1964, 1965), “Günəş” (1968), “Arxalı dağlar” (1971); Süleyman Ələsgərovun “Özümüz bilərik” (1963), “Hardasan, ay subaylıq?” (1963); Əbil Yusifovun “Çiçəklənən arzular” (1964); Adil Babayevin “Ürək çağırır” (1964); Kəmalə Ağayevanın “Məhsəti” (1964, 1976), “İsmət” (1972), “Mənim tanrım gözəllikdir, sevgidir” (1982). “Apardı sellər Saranı” (1985); Aleksandr Ostrovskinin “Cehizsiz qız” (1964, 1966) “Günahsız müqəssirlər” (1984); Gilberto Fiqeyredunun “Ezop”  (1965, 1966); Əliheydər Qəmbərovun “İlan yuvasında fırtına” (1966); Süleyman Rəşidinin “Mən onu axtarıram” (1967); Hüseyn İbrahimovun “İtirilən sağlıq” (1967); Şıxəli Qurbanovun “Sənsiz” (1967); Boris Lavrenyovun “Hücum” (1967); Əbil Yusifovun “Məhəbbət abidəsi” (1969); Fridrix Şillərin “Məkr və məhəbbət” (1969); Georgi Xudayev “Arvadımın əri” (1971); Andrey Makayonok “Tribunal” (1972); Konstantin Simonov “Dördüncü” (“Onlar dörd nəfərdilər”) (1975); Panço Pançev “Dörd ekiz haqqında nağıl” (1975); Nodar Dumbadze “Darınma ana!” (1976); Vsevolod İvanov “Zirehli qatar 14-69” (1977, 1980); Ramiq Nağıyev “Əgər sevirsənsə...” (1977); Rüstəm İbrahimbəyov “Yaşıl qapı arxasında qapı” (1978); Qralxan Bokayev “Dayça” (“Yetkinlər”) (1978, 1979); Salam Qədirzadə “Şirinbala bal yığır” (1979); Nazim Hikmət “Bayramın birinci günü” (1980); Şota Rokovanın “Yaşıl papaq” (1982); Nidayət Orucov “Məni qınamayın” (1983); Əkrəm Əylisli “Qiymətli qafiyələr” (1985) və s. bu kimi 123 аddа klаssik və müаsir əsərlərə səhnə tərtibatı vermiş, geyim eskizləri çəkmiş, müxtəlif dekorlar və pannolar hazırlamışdır. 40 ildən аrtıq bir müddətdə tеаtrın bаş rəssаmı vəzifəsində çаlışmışdır. Əsərləri rəssamın oğlu tanınmış teatrşünas alim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımovun şəxsi kolleksiyasında qorunub saxlanılır.