STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Səkinə Qarayeva

QARAYEVA Səkinə Əvəz qızı  ( 22.03.1969 Naxçıvan ş) – dekorativ tətbiqi sənət ustası. Donpionerdə rəsm dərnəyinin üzvü (1980). Gənc texniklər dəmir üzərində döymə sənəti (1984). Dəmir üzərində döymə əl işləriylə ilk sərgi (1984). Bakı şəhər Razin qəsəbəsi 84 saylı Texnikmi Peşə Məkətəbi “Reklam üzrə tərtibatçı rəssam fakultəsi (1984). Alt trikotaj fabrikinin gülləmə sexinin  rəssamı (1988). Moskva şəhərində Golncev rayonununda  Golik kursunu bitirmişdir (1997). Moskva şəhərində Pepedelkin rayonunda “Ruka” kursunu bitirmişdir (1999). H.Əliyev adına Uşaq Gənclər Yaradıcılıq Mərkəzində tərtibatçı rəssam vəzifəsi, “dekorativ tətbiqi sənətin” dərnək rəhbəri  (2007). Ailə Qadın və Uşaq Problemləri üzrə Komitəsi və Naxçıvan MR Rəssamlar Birliyinin birgə təşkilatçılıq etydiyi “Milli dəyərlərimiz” sərgisi (2012, 2013). Naxçıvan MR Rəssamlar Birliyinin  B.Kəngərli adına sərgi salonunda fərdi sərgi (2015). Xalq yaradıcılığının inkişafında fəaliyyətinə görə Rəşadətli əməyə görə döş nişanı (2015). Müasir Naxçıvan Sənətkarlar adlı kitabda əl işləri (2015). Naxçıvan İslam Mədəniyyətinin paytaxtı sərgisi iştirakçısı (2018). Uşaq Gənclər Yaradıcılıq Mərkəzində fərdi sərgi (2016). Bakı şəhər Adım kursunda fərdi sərgi (2018).