STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Katia Sokolova-Zizak

   Ukraynada rəssamlar ailəsində anadan olmuşdur. Babası Nikolay Sokolov görkəmli karikaturaçıdır. Atası Mixail Sokolov görkəmli rəngkardır. Ulu babası Rusiyanın ilk Nobel mükafatçısı, fizioloq İ.P.Pavlovdur. Stroqanov adına İncəsənət Akademiyasının keramika üzrə məzunudur. 1986-cı ildən Polşada yaşayır. Polşa Rəssamlar İttifaqının üzvüdür. Bir çox beynəlxalq iclasların və simpoziumların iştirakçısıdır. Bir neçə ildir ki, Visla və Sputnik festivalında iştirak etmiş və onlarla birgə 6 fərdi sərgi keçirmişdir. Ümumilikdə 30 fərdi, 300-ə yaxın qarışıq sərgilərin iştirakçısıdır. Paris Beynəlxalq Desentrizm İncəsənət qrupunun aktiv üzvüdür. 2012-ci il LABOR OMNİYA VİNCİT gümüş medalının laureatıdır. Polşanın Szklo və keramika jurnalında mütəmadi olaraq məqalələri dərc olunur. Əsərləri fərdi kolleksiyalarda və Latviyanın, Rusiyanın, Çexiyanın, Polşanın bəzi müzeylərində qorunub saxlanır. Naxçıvan Rəssamlar Birliyinin fəxri üzvüdür.