STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Afət Əhmədova

ƏHMƏDOVA Afət Qafar qızı 08.04.1973-cü ildə Şahbuz rayonunun Qarabba kəndində anadan olmuşdur. Ağac üzərində oyma ustası. Naxçıvan Tibb Kollecində təhsil almışdır (1990). Naxçıvan MR rəssamlar Birliyinin üzvüdür (2013). Mütəmadi olaraq Naxçıvan MR Rəssamlar Birliyinin keçirdiyi dekorativ-tətbiqi sənət sərgilərində iştirak edir. 2006-cı ildə Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda, 2007-ci ildə isə İstanbul şəhərində keçirilən qarışıq sərgidə iştirak etmişdir. Əsərləri: Naxçıvan və Bakı şəhərlərində, Türkiyə, İran, Gürcüstan və digər xarici ölkələrdə şəxsi kolleksiyalarda qorunub saxlanılır.