STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Akif Həsənov

HƏSƏNOV Akif İsgəndər oğlu 28.06.1960-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. Rəssam, ağac üzərində oyma ustası. Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2012). Sumqayıt şəhərindəki 91 nömrəli Texniki Peşə məktəbində Tornaçı ixtisası üzrə təhsil almışdır(1978-1980). Naxçıvan Elektrotexnika zavodunda Tokar kordinastik-prizləyici, alətçi-çilingər və qolvanika ustası vəzifələrində işləmişdir (1981-1991). 2011-ci ildən Naxçıvan MR Rəssamlar Birliyinin təşkil etdiyi dekorativ-tətbiqi sənət sərgilərində fəal iştirak edir. Naxçıvan MR Rəssamlar Birliyinin təşkil etdiyi “Naxçıvan-95” “Yurdumun rəngləri” festival-müsabiqəsində dekorativ-tətbiqi sənət nominasiyası üzrə II yerin qalibi olmuşdur (2019). Dekorativ-tətbiqi sənətlərinin bir çox sahələri üzrə uğurla fəaliyyət göstərir. Bir çox beynəlxalq sərgi və müsabiqələrinin iştirakçisıdır. Əsərləri: Milli Dəyərlər Muzeyində, Naxçıvan MR Rəssamlar Birliyində və bir çox şəxsi kolleksiyalarda saxlanılır.