STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Ələsgər Əsgərli

ƏSGƏRLİ Ələsgər Qasım oğlu 04.02.1960 Naxçıvan şəhərində anadan olmuşdur. Rəssam. Bakı şəhərində 84 №-li Texniki Rəssamlıq Məktəbinin reklam tərtibatı üzrə tərtibatçı rəssam ixtisasında təhsil almışdır(1981-1983). Naxçıvan Rəssamlar Birliyinin üzvüdür (2013). Naxçıvan şəhər Ərtoğrol Cavid adına Musiqi və Bədii Sənətkarlıq Məktəbində rəsm müəllimi (1992-2021). Naxçıvan Şüşə qablar zavodunun keramika sexində keramikaçı rəssam (1983-1990) və Naxçıvan Dövlət Rəsm Qalereyasında rəssam vəzifələrində işləmişdir (1990).). Yaradıcılığında Dəri üzərində yandırma texnikasına üstünlük verir. Naxçıvan MR Rəssamlar Birliyinin keçirdiyi sərgilərin fəal iştirakçısıdır (2013- 2021). Əsərləri: Naxçıvan və Bakı şəhərlərində, Türkiyənin İstanbul, Ankara, İzmir Antaliya, Bursa, Kars, Ərzurum, İğdir və başqa şəhərlərində şəxsi kolleksiyalarda qorunub saxlanılır.