STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Ədalət İsmayılov

İSMAYILOV Ədalət Qadir oğlu 23.04.1957ıci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Rəssam. Naxçıvanın Muxtar Respublikasının Əməkdar rəssamı (2019). Bakı 84 nömrəli Texniki Rəssamlıq məktəbində təhsil almışdır (1977-1979). Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2013). Rəşadətli əməyə görə döş döş nişanı ilə təltif olunmuşdur (2015). Naxçıvan Lenin adına mərkəzdə rəssam (1978) və Naxçıvan Şüşə Qablar zavodunun Keramika sexində baş rəssam vəzifələrində işləmişdir (1983). Əsasən keramika, heykəltaraşlıq, taxta və duz üzərində oyma işləri ilə məşquldur. 2013-cü ildə Naxçıvan MR Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda fərdi sərgisi olmuşdur. Dünyanın bir çox ölkələrində, o cümlədən: Almaniyanın Leypçik şəhərində “Dünya Xalqları” sərgi salonunda (1980) və Moskva şəhərindəki “VDENXA” sərgi salonunda keçirilən dekorativ-tətbiqi sənətlər sərgisində iştirak etmişdir (1984). 1990-cı ildə Fransada keçirilən “Azərbaycan İncəsənət Günləri” çərçivəsində müəllifi olduğu “Çini gülabdan” Luvr Muzeyinin ekspozisiyasına təqdim olunub və orada saxlanılır. Türkiyənin Kars şəhərindəki ordu evinin (1996) və Culfa dəmir yol vağzalının fasadını bərpa edib (2008). Əsərləri Fransa, Yuqoslaviya, Rusiya, Ukraina, Gürcüstan, Türkiyə, İran kimi xarici ölkələrdə, Bakıda, Naxçıvan Duz Mzeyində və bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.