STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Nizami Əliyev

ALIYEV Nizami İsgəndər oğlu 16.11.1958-ci ildə Kəlbəcər rayonunun Qaraçanlı kəndində anadan olub. Rəssam, sənətşünas. Naxçıvan Müəllimlər İnstitutunun dosenti (2021). Bakı şəhərində 84 №-li Texniki Rəssamlıq Məktəbinin Daş üzərində oyma ixtisasında (1979-1981) və indiki Nəsrəddin Tusi adına Azərbaycan Dovlət Pedaqoji Univerisitetinin Bədii qrafika fakültəsində təhsil almışdır (1981-1986). Azərbaycan Rəssamlar İttifaqının (2011) və Naxçıvan Rəssamlar Birliyinin (2012) üzvüdür. Hazırda Naxçıvan Müəllimlər İnistitutunda (2007) və Naxçıvan MR Rəssamlar Birliyində (2013) işləyir Təinatla indiki Naxçıvan Dövlət Univerisitetinə göndərilmiş və orada müəllim, baş müəllim (1986-2005), sonra isə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda Təsviri və Dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri vəzifələrində işləmişdir (2005-2013). 2001-ci ildə Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Dövlət Univerisitetində qədim xalq sənətlərimizdən biri olan “Ebru” sənətininin tədrisinə başlamışdır. Naxçıvan Universitetində rəhbəri olduğu “Təsviri sənət studiyası”nın xətti ilə özünün və 11 nəfər studiya üzvülərinin, Azərbaycanda ilk dəfə olaraq Amerikada Birləşmiş Ştatlarında sərgilərini təşkil etmişdir. O cümlədən ebru əsərləri: ABŞ-da – oktyabr 2000-ci ildə “Western Sprinqs” Qadınlar Klubunda, Oktyabr-noyabrda Ford Xatirə Kitabxanasında, yanvar 2001-ci ildə Avraasiya Konfransında, apreldə Beynəlxalq Araşdırmalar, Təhsil Mərkəzində, PUC dərnəyinin iclasında, Nortwest İndiana Dünya Ticarət Şurasında, Perdue Universiteti Calumetdə və may ayında Təşəbbüskarlıq-Ticarət sərgisində nümayiş etdirilmişdir. Naxçıvan Abidələrinin qeydiyyata alınması və pasportlaşdırılmasında (2006-2007) və Duzdağın qədim duz mədənlərinin öyrənilməsində Fransa Beynəlxalq Araşdırma Mərkəzinin tədqiqatçıları ilə birgə Duzdağ və Süst mədənləri ətrafında geniş tədqiqat işləri aparmışdir (2007-2013). Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təşkil etdiyi “Gəmiqaya ekspedisiyası”nın rəhbəri olmuş və ilk dəfə olaraq Gəmiqaya qayaüstü rəsmləri tam olaraq qeydiyyata alınmış, pasportlaşdırılmış və yayılma arealı müəyyənləşdirilmişdir (2016). Bir çox Respublika və beynəlxalq əhəmiyyətli simpozium və elmi-praktik konfranslarda o cümlədən – Moskvada keçirilən “Tələbə və gənclərin XII beynəlxalq festivalı”nda (1985), Xəzər Universitetində (1997), Naxçıvan Universitetində II beynəlxalq elmi-praktik konfransında (2000), Türkiyənin Kağızman və Kars şəhərlərində keçirilən “Uluslararası Aras Havzası Sempoziumu”nda(2010), AMEA Naxçıvan Bolməsində “Huh peyğəmbər dünya tufanı və Naxçıvan” (2010), “Naxçıvan ilk yaşayış və şəhərsalma yeri kimi” (2012) və “Naxçıvan ilkin şəhər və Duzdağ” beynəlxalq simpoziumlarında fəal iştirak etmişdir (2013). “Huh peyğəmbər dünya tufanı və Naxçıvan” (2010), “Naxçıvan ilk yaşayış və şəhərsalma yeri kimi” (2012) və “Naxçıvan ilkin şəhər və Duzdağ” Beynəlxalq Simpoziumlarının loqotiplərinin müəllifidir (2013), 1985-ci ildə Bakı şəhərində keçirilən “faşizm üzərində qələbənin 40 illiyi”nə həsr olunmuş həvəskar studiyaların Respublika Kino Festivalında “İki cəbhənin veteranı” sənədli filiminə görə I dərəcəli Diplomla mükafatlandırılmışdır. “Naxçıvan - bəşəriyyətin beşiyi”  II, III, IV və V Beynəlxalq Rəsm Fstivalının iştirakçısıdır (2014, 2016, 2018, 2021). “Naxçıvan abidələri ensiklopediyası” (2008), “Naxçıvan Duzdağının qədim duz mədənləri” (2012), “Naxçıvan tarixi” I cild (2013), “Bəhruz bəy Kəngərli taleyi” (2017) (həmmüəlliflərlə birgə), “Gəmiqaya qayaüstü rəsmləri” (2020) və Almaniyada nəşr olunmuş “Gamiqaya petroqlyphs (Gamiqaya monuments)” (2021) kitablarının müəllifidir. 2017-ci ildə həmmüəlliflərindən biri olduğu “Naxçıvan tarixi” çoxcildliyinə elm sahəsində, 2021-ci ildə isə, müəllifi olduğu “Gəmiqaya qayaüstü rəsmləri” kitabına mədəniyyət sahəsi üzrə Naxçıvan Muxtar Respublika mükafatı verilmişdir. 120-dən çox elmi və ensiklopediya məqalələrinin, 8 ali məktəblər üçün tədris proqramının və 6 kitabın (4-ü həmmüəlliflərlə birgə) müəllifidir. Ebru əsərləri ABŞ-ın bir çox ştatlarında, Türkiyə, İran kimi xarici ölkələrdə, Bakı, Gəncə və Naxçıvan şəhərlərində bir çox şəxsi koleksiyalarda saxlanılır