STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Selcan Hacızadə

Hacızadə Selcanxatun Azər qızı

2001-ci ildə Bakı şəhərində anadan olmuşdur.

2007-ci ildə 77 saylı Ankara məktəb Liseyinin 1-ci sinifinə daxil olmuş Naxçıvan MR-na qayıtdıqdan sonra 2013-cü ildə Naxçıvan şəhər Vəli Zeynalov adına 3 sayli tam orta məktəbin 7-ci sinifində təhsilini davam etdirmiş və 2018-ci ildə həmin məktəbi bitirib

Təhsil illərimdə müxtəlif rəsm müsabiqələrində iştirak etmişdir.

Orta məktəb illərində bir neçə müsabiqədə iştirak etmişdir.

"Naxçıvan-dogma yurdum" mövzusuna həsr olunmuş Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasinda 1-ci yerin qalibi olmuşdur.

Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən keçirilmiş, Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunan rəsm müsabiqəsində 1-ci yerin qalibi olmuşdur.

Naxçıvan MR Rəssamlar Birliyinde Xocalı Soyqırımının 25-ci ildönümü ilə əlaqədar keçirilmiş "Qan yaddaşımız Xocalı" adlı rəsm  müsabiqəsində 1-ci yerə laiq görülmüşdür.

Gənclər Fondu tərəfindən , Naxçıvan Muxtar Respublikasında istedadlı gənclər arasında keçirilmiş "Qan yaddaşımız Xocalı" adlı rəsm müsabiqəsində 1-ci yeri tutmuşdur.

2018-ci ildə Azərbaycan Memarlıq və Inşaat Universitetinə memarliq fakultəsinə qəbul olmuşdur.  Hazırda həmin universitetdə təhsil alır.

Naxçivan şəhərində keçirilmiş Art Battle-da , 2-ci və 1-ci yerləri tutmuşdur.

2020-ci ilin sentyabırın 24-27 tarixində Soçi şəhərində keçirilən Formula 1 yarışında könüllü kimi fəaliyyət göstərmiş və Autocad, 3DMAX proqramlarından təhsil almışdır.