STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Aysel İbrahimova

İbrahimova Aysel Vaqif qızı

01 oktyabr 1999-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur.

2005-2016-cı illər ərzində Naxçıvan şəhər H.Cavid adına 5№ və Ə.Ağayev adına 8№ li tam orta məktəblərdə təhsil almışdır.

2016-2020-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-Filologiya fakültəsinin Kitabxanaçılıq və İnformasiya ixtisası üzrə təhsil almışdır.

2018-ci ildən Naxçıvan MR Rəssamlar Birliyində kompüterçi vəzifəsində işləyir.

2020-ci il 15 sentyabr tarixindən Naxçıvan MR Rəssamlar Birliyinin nəzdində yaradılan Gənc Rəssamlar Bölməsinin üzvüdür.

21 sentyabr 2019-cu il tarixində  Naxçıvan MR Rəssamlar Birliyi və Naxçıvan MR Gənclər Fondunun birgə təşkil etdiyi “Naxçıvan 95” devizi altında gənclər arasında keçirilən açıq hava plenerində II yer qalibi olmuşdur.

Naxçıvan MR Rəssamlar Birliyinin Gənc Rəssamlar Bölməsinin rəhbəridir.

Naxçıvan MR-da keçirilən bir çox sərgi və müsabiqələrdə iştirak etmişdir.

2018-ci ildə Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Naxçıvan MR Gənclər Fondunun birgə təşkil etdiyi Muxtar Respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərin mükafatlandırılması mərasimində “İlin fəal gənci” nominasiyası üzrə təltif olunmuşdur. Azərbaycan Respublikasının Gənclər Fondu və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə 30 noyabr-2 dekabr 2018-ci il tarixlərində “Gənclik Naxçıvanda” düşərgəsində iştiraka görə təltif olunmuşdur. 01.02.2019-cu il tarixindən 01.05.2019-cu il tarixinədək Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunda könülllülük proqramını uğurla başa vurduğuna görə təltif olunmuşdur. Naxçıvan Dövlət Universitetində 2018-2019-cu tədris ilində tələbə elmi cəmiyyətinin xətti ilə yerinə yetirilimiş elmi-tədqiqat işlərinin yekununa həsr edilmiş ümumuniversitet elmi konfransında tarix-filologiya bölməsi üzrə III yer tutduğuna görə təltif olunmuşdur.