STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Turac Seyidbəyli

Turac Seyidbəyli Mirələkbər qızı
1993 -cü ildə Naxçıvan Şəhərində, anadan olmuşdur.
Naxçıvan şəhrində yerləşən 705 nömrəli hərbi hissənin tam orta məktəbini bitirmişdir.
2009 -cu ildə - Tələbə- Gənclər Elmi Konfransında bir çox mövzularda
elmi iş ilə fərqlənərək diplomla təltif olunmuşdur.

Naxçıvan Dövlət Universitetində “Ekologiya” ixtisası üzrə təhsil almışdır.
Uzun müddət , Naxçıvan Dövlət Universitetinin
Tibb fakultəsində fəaliyyət göstərmiş
Həmin illlər ərzində ölkə daxilində və xaricində tibbi təcrübə və konfranslarda iştrak edərək serifikatla təltif olunmuşdur.

2013 -cü ildə Naxçıvan Dövlət Universitetində keçirilən “Gənc Rəssamlar” adlı sərgi
2014 -cü ildə Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş
“Yurdum mənim” adlı sərgi
2015 -ci ildə Azərbaycan Respublikası üzrə, Dövlət Sərhəd Xidmətinin təşkil etdiyi
“Sərhədlərimizin keşiyində” adlı sərgi .
2018-ci ildə, II təhsil olaraq, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olmuşdur Hal hazırda həmin Akademiyada təhsil alır
2019 -cu ildə Almaniya Berlin Universitetinin professoru İnge.H.Schmidt tərəfindən keçirilən master klassda fəal iştirakına görə, sertifikatla təltif olunmuşdur.
2019 -cu il iyul ayında Heydər Əliyev Fondunun Vitse -prezidenti Leyla Əliyevanın təşçılatçılığı ilə təşkil olunan “Live Life” Beynəlxalq İncəsənət layihəsində iştirak etmişdir.
2019-cu il 29 avqustda “Naxçıvan 95” devizi altında açıq hava plenarında iştirak etmişdir.
2019-cu il - Almaniya Federativ Respublikasının Azərbaycandaki səfirliyi tərəfindən təşkil olunmuş - “Berlin divarının sökülməsi” layihəsində iştirak etmişdir.
2019 cu ildə - Birləşmiş Ərəb Əmirliklərinin Bakıdaki səfirliyi tərəfindən , BƏƏ -nin 48-ci Milli gününə həsr olunmuş “Tolerantlıq” adı altında keçirilən sərgidə iştirak etmişdir.
2019 cu il - “Az Nar “ sərgisində iştirak etmişdir.
2019 cu il - 9 Noyabr - Bayraq günü münasibəti ilə keçirilən “Vətənin Müdafiəsinə Hazıram” adlı sərgidə iştirak etmişdir.
2019- cu il 26 Sentyabr Misirin Qahirə şəhərində keçirilən “Azərbaycan Rəssamları” sərgisində iştirak etmişdir.
2020- ci il 1 Fevral “Yaşıl İncəsənət” iqlim dəyişilliyi ilə bağlı sərgidə iştirak etmişdir.

Naxçıvan MR Rəssamlar Birliyinin Gənc Rəssamlar Şöbəsinin üzvüdür.

Naxçıvan MR-da keçirilən bir çox sərgi və müsabiqələrdə iştirak etmişdir.