STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Nizami Məmmədov

MƏMMƏDOV Nizami İmamqulu oğlu 22.10.1966-cı ildə Naxçıvan şəhərində anadan olub. Rəssam. Bakı şəhərindəki 84 nömrəli Texniki Rəssamlıq Məktəbində Reklam tərtibatı, icraçı rəssam ixtisası üzrə təhsil alıb (1983-1987). Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2019). Naxçıvan şəhər Uşaq Musiqi və İncəsənət məktəbində şöbə müdiridir (2011-2021). Qızıl Aypara Cəmiyyətinin Gənclər şöbəsinin müdiri vəzifəsində çalışmışdır (1997-1999). 1982, 1983-cu ildə Naxçıvan şəhər 1 nömrəli məktəbdə, 1984-cü ildə 84 nömrəli Rəssamlıq Məktəbində və 2018-ci ildə isə Naxçıvan şəhər Uşaq Musiqi və İncəsənət məktəbində fərdi sərgi keçirmişdir. Naxçıvan MR Rəssamlar Birliyinin keçirdiyi tədbirlər və sərgilərdə fəal iştirtak edir. Əsərləri Bakı və Naxçıvan şəhərlərində bir çox şəxsi kolleksiyalarda saxlanılır.