STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Bəhruz Quliyev

QULİYEV Bəhruz 23.02.1988-ci ildə Babək rayonunun Zeynəddin kəndində anadan olmuşdur. Rəssam. Naxçıvan Dövlət Universitetində Təsviri İncəsənət. rəsmxət və əmək müəllimi ixtisası üzrə bakalavr təhsili almışdır (2005-2009). Azərbaycan Rəssamlar İttifaqının (2011) və Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2012). 2015-ciildən Türkiyə Respublikasına köçərək yaradıcılığına İstanbul və Bodrum şəhərlərində davam etdirir. Türkiyənin fərqli bölgələrində 4 fərdi sərgi ilə sənətsevərlərin qarşısına çıxmışdır. O cümlədən – Bodrumdakı Zeynep Sanat Galerisində “Behruz Kuul” adlı fərdi yaradıcılıq sərgisi keçirmişdir (2019). Naxçıvan-bəşəriyyətin beşiyi” I, II, III və IVBeynəlxalq Rəsm Festivalının iştirakçısıdır (2012, 2014, 2016, 2018). Respublikamızda və respublikamızdan kənarda keçirilən bir çox qarışıq sərgilərdə iştirak edib. Bunlardan –Azərbaycan Rəssamlarİ ttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda "Naxçıvan rəssamlarının sərgisi" (2011), Naxçıvan Rəssamlar Emalatxanasının “Birlik” qalereyasında “Zamanın rəngləri" (2012), Bakı Yaradıcılıq Mərkəzində “Zamanın rəngləri-II” (2013), Baki Xəzər Universitetinin "Kompromiss" sərgi salonunda (2013), Bakı Ekspo Mərkəzində „Barış və Müharibə“ (2014), Türkiyənin Bodrum şəhərində “El-if” (2017), İstanbulun Nis Art Galleriyasında "Biz İddialıyıq" (2017), Beynəlxalq Art Ankara Sənət Fuarında (2018, 2019, 2020), Bilkent Beynəlxalq İncəsənət Festivalında (2018, 2019) Çankaya Bələdiyyəsinin “Müasir İncəsənət Mərkəzi”ndə (2018) və Remaks Bodrum Galerisində “Untitled” (2019) adlı sərgilərdə iştirak edib. Əsərləri Türkiyə, Almaniya, Gürcüstan, Rusiya, ABŞ, İngiltərə kimi xarici ölkələrdə, Naxçıvan Dövlət Rəsm Qalereyasında, Bakı və Naxçıvan şəhərlərində şəxsi kolleksiyalarda qorunub saxlanılır.