STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Murad Babayev

BABAYEV Murad Elbəyi oğlu 15.08.1986-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. Rəssam. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Təsviri İncəsənət və rəsmxət, və əmək təlimi müəllimliyi ixtisasını bitirmişdir (2003-2007). Azərbaycan Rəssamlar İttifaqının (2011) və Naxçıvan Rəssamlar Birliyinin üzvüdür (2012). Naxçıvan Dövlət Texniki Kollecində müəllim (2008), Heydər Əliyev Uşaq Gənclər Yaradıclıq Mərkəzinin direktoru olmuş (2018) və haliyədə Təhsil Nazirliyində Məktəbdənkənar Tərbiyə Müəssisələri ilə iş üzrə şöbəsinin müdiridir (2020). Mütəmadi olaraq Naxçıvan MR Rəssamlar Birliyinində keçirilən sərgi və müsabiqələrdə fəal iştirak edir. Naxçıvan - bəşəriyyətin beşiyi” I, II, III və IV Beynəlxalq Rəsm Festivalında iştirak etmişdir (2012, 2014, 2016, 2018). Əsərlərində Vətən mövzusu üstünlük təşkil edir. Onun “Qədim Naxçıvan”, “Bəşəriyyətin beşiyi”, “Güc mərkəzi”, “Naxçıvan İslam mədəniyyətinin paytaxtıdır”, “Qədim diyar”, “Kənd mənzərəsi”, “Dağ kəndi”, “Qış” və s. əsərlərində bunu aydca görmək olur. Əsərləri Naxçıvan Dövlət Rəsm Qalereyasında və bir çox şəxsi kolleksiyalarda  qorunub saxlanılır.