STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Kəngərli rayon Uşaq Yaradıcılıq Mərkəzində növbəti ustad dərsi keçirildi

Kəngərli rayon Uşaq Yaradıcılıq Mərkəzində növbəti ustad dərsi keçirildi

 

Naxçıvan MR Təhsil nazirliyi, Naxçıvan MR Rəssamlar Birliyi birgə növbəti ustad dərsini Kəngərli rayon Uşaq Yaradıcılıq Mərkəzinin Rəsm dərnəyi üzvlərinə keçirmişlər. Bu il ustad dərslərinin formatı dəyişdirilərək, şagirdlərin mövzunu tam şəkildə mənimsəmələri üçün yalnız əyani vəsait və üslubu təkrar etmə, metoduna keçmişlər. Bu metod şagirdlərə kompozisiyanın düzgün qurmalarına və müəllimin çəkdiyi işi, onun vurduğu rəngləri düzgün görməyə və seçməyə köməklik edir. Çəkdikləri işə müəyyən şirinlik qataraq, şagirdlərə təkrarlamağa imkan verilir. Dərsi, Rəssamlar Birliyinin üzvü, Naxçıvan Dövlət Universitetinin Təsviri İncəsənət və Rəsmxət kafedrasının müəllimi Əlövsət Allahverdiyev keçmişdir.

Qalereya