STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

12 iyun 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda gənclər arasında “Naxçıvanın turizm imkanları” mövzusunda foto müsabiqə keçirilmişdir

12 iyun 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda gənclər arasında “Naxçıvanın turizm imkanları” mövzusunda foto müsabiqə keçirilmişdir

Bu gün Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda gənclər arasında “Naxçıvanın turizm imkanları” mövzusunda foto müsabiqə keçirilmişdir. Müsabiqənin keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasında yerləşən turizm məkanlarının, tarixi abidələrin, bağların və xiyabanların, əyləncə və istirahət mərkəzlərinin, salınmış parkların, şəhərciklərin, idman obyektlərinin, təhsil müəssisələrinin fotolar vasitəsilə tanıdılması, gənclərin muxtar respublikanın tanıdılmasında və təbliğində fəallığının artırılması və istedadlı gənclərin üzə çıxarılmasıdır. Tədbirdə əvvəlcə Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Gənclər Fondunun icraçı direktoru Anar Babayev, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin baş məsləhətçisi İlahə Haqverdiyeva çıxış edərək muxtar respublikada gənclərə göstərilən diqqət və qayğı, bu sahədə görülən işlər barədə ətraflı məlumat vermiş və onları muxtar respublikada turizmin inkişafı ilə bağlı görülən işlərdə yaxından iştirak etməyə çağırmışlar. Müsabiqəyə 32 müəllifin 100-dən çox foto şəkili təqdim olunmuşdur. Sonda münsiflər heyətinin qərarına əsasən Sadiqov Anar, İqbal Hüseyn I yerə, Xudanlı Veysəl, Əliyeva Nuray II yerə, Bağırlı Onur, Hacıyev Teymur, Qədimov Ərşad III yerə, Muradova Tərlan, Pənahova Kifayət, Hüseynov Rüstəm və Həsənli Ağayar isə foto müsabiqədə həvəsləndirici yerə layiq görülmüşlər. Qaliblərə təşkilatçılar tərəfindən diplomlar, fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Qalereya