STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Naxçıvan MR Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda 15 sentyabr Bilik Gününə həsr olunmuş İRS “Mənim yaradıcılığım” adlı sərgi keçirmişdir. 03.09.2018

Naxçıvan MR Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda 15 sentyabr Bilik Gününə həsr olunmuş İRS “Mənim yaradıcılığım” adlı sərgi keçirmişdir.

 

3 sentyabr Naxçıvan MR Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda Naxçıvan MR Rəssamlar Birliyi və Naxçıvan MR Təhsil Nazirliyinin birgə təşkil etdikləri 15 sentyabr Bilik Gününə həsr olunmuş İRS “Mənim yaradıcılığım” adlı sərgi keçirmişdir.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva çıxış edib. O, ulu öndər Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdlr” müdrik kəlamlarını xatırladaraq bildirib ki, uşaqların rəssamlığa maraq göstərmələri çox sevindirici haldır. Onların istedadlarının üzə çıxarılması, düzgün formalaşdırılması üçün muxtar respublikada hər tərəfli şərait yaradılıb.
Təhsil Nazirliyinin əməkdaşı Ayşən Əsgərova çıxış edərək vurğulayıb ki, muxtar respublikamızda uşaqlar milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, təhsil, idman, mədəniyyət, incəsənət və digər sahələrdə uğurlar əldə edirlər. Onlar rəssamlıq sənətinə də böyük maraq göstərirlər. Uşaqların gələcəkdə yaxşı sənət adamı kimi formalaşmasında bu qəbildən tədbirlər əhəmiyyətli rol oynayır.

Ekspozisiyada 38 uşağın 100-ə yaxın rəsm əsəri sərgilənmişdir. Burada qara qələm, ebru, yağlı boya, tuş, sulu boya texnikasında, mənzərə, animasiya, natürmort, animalistik janrlarında, vətənpərvərlik, kənd həyatı, doğma Naxçıvan, su altı həyat və. s kimi müxtəlif kompozisiyalı əsərlər nümayış olunmuşdur.

Sərgidə iştitak edən balaca rəssamlara fəal iştiraklarına görə təşkilatçılar tərəfindən diplomlar təqdim olunmuşdur.

Sərgi çərçivəsində Ayxan Əliyev nağarada birliyə, dostluğa səsləyən yallı və digər milli musiqilərimizə istenad edərək maraqlı nömrələr ifa etmişdir. Musiqi nömrəsindən sonra sərgiyə baxış keçirildi. Burada Tükəz Ələkbərli, Şəmil Ələkbərli, Ayxan Qəhramanov, Şəhrizad Quluzadə, İlknur Əlizadə, Kənan Zamanov, Elçin Cabbarov, Fərhad Şirinov, Nilüfər Quluzadə və digər uşaqların əsərləri maraq doğurmuşdur.

Sonda Naxçıvan MR Rəssamlar Birliyinin təşkilatçılığı ilə uşaqlara, onların da marağına səbəb olan ebru haqqında məlumat verilmiş, ustad dərsi keçirilmişdir.

Sərgimiz 20 sentyabra-dək davam edəcək.

Qalereya