STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Gülnarə Hüseynovanın "Yaradıcı müəllim ömrü- qobelen, makrame, qrafika" adlı sərgisi keçirilmişdir

    19 sentyabr tarixində  Naxçıvan MR Rəssamlar Birliyinin B.Kəngərli adına sərgi salonunda pedaqoq-rəssam Gülnarə Hüseynovanın "Yaradıcı müəllim ömrü- qobelen, makrame, qrafika" adlı sərgisi keçirilmişdir. Sərgini Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva açmış və çıxışlardan öncə Şəhidlərimizin əziz ruhları bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra çıxış edənlər:  Uşaq Musiqi və İncəsənət Məktəbinin direktoru Elşən Xəlilov, Azərbaycan Respublikasının əməkdar rəssamı Telman Abdinov, əməkdar rəssam və Naxçıvan Dövlət Universitetinin İncəsənət Fakültəsinin dekanı Cavid İsmayılov, digər rəssam yoldaşlar, ailə üzvləri çıxışlar edərək, sərgi müəllifini təbrik etmişlər. Sonra ekspozisiyaya baxış olmuşdur. Ekspozisiyada rəssamın simvolik olaraq 65 əsəri nümayiş  etdirilib.

     Gülnarə Hüseynova 1964-cü il 5 oktyabr ayında Naxçıvan şəhərində anadan olmuşdur.1978-ci ildə Sabir Qədimovun tələbəsi olmuşdur. 1979-1983-cü illərdə Ə. Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil almışdır. Təhsil aldığı müddətdə fərqlənərək, müsabiqələrdə birinciliklər də əldə etmişdir. 1983-1986-cı illərdə Azərbaycan Rəssamlar İttifaqında keçirilən sərgilərdə əsərləri ilə iştirak etmişdir. 1984-cü ildə Naxçıvanın 60 illiyinə həsr olunmuş böyük sərgidə iştirak etmişdir. Barəsində, qəzetdə "Rənglərin simfoniyası"adlı məqalə çap olunmuşdur. 2019- cü ildə Prezident mükafatına layiq görülmüşdür. Sərgimizə dəvət edirik... Növbəti sərgimizdə görüşənədək! Hörmətlə, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi

Qalereya