STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Naxçıvan Əlahiddə Ümumqoşun Orduda "Rəngarəng dünyamız" adlı tədbir keçirildi

     23 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən təşkil olunmuş "Rəngarəng dünyamız" adlı yaddaqalan tədbir keçirildi. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan MR Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssam Ülviyyə Həmzəyeva, Naxçıvan Müəllimlər İnstitutunun prorektoru Naxçıvan MR-nın Əməkdar rəssamı Həbibə Allahverdiyeva, Naxçıvan MR Rəssamlar Birliyinin üzvləri və Naxçıvan MR Gənclər və İdman Nazirliyinin əməkdaşları iştirak etmişdir. Şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi və sonra dövlət himni səsləndi. Tədbir çərçivəsində uşaq və gənclərin, kursant, əsgər, zabitlərin möhtəşəm çıxışları oldu, musiqi, dram səhnəciklərinə tamaşa edildi və sonda rəsm sərgisinə baxış oldu. Keçirilən tədbir gələcəkdə də sənəti sevdirmək, hərbi qulluqçuların ailələrində uşaqları sənətə yönəltmək, əsgər-zabit sıralarında xususi istedada malik olan insanları aşkarlamaq məqsədi daşıyır. Naxçıvan MR Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva tədbirin təşkilatçılarına, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu komandanlığına, xususi olaraq uşaqlarda rəssamlıq sənətinə sevgi yaradan Nigar Mustafazadəyə təşəkkürünü bildirdi. Tədbirin yaddaqalan hissəsindən, rəssamlığı tərənnüm edən şer qiraət ilə Azərbaycan Respublikası Xalq artisti, professor Məmməd Səfa müəllimin onlayn təbriki oldu. Sonda mükafatlandırma mərasimi oldu, tədbirdə iştirak edənlər qiymətli hədiyyə və diplomlarla təltif olundular.

Qalereya