STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

"Gilə hopmuş həyat" adlı fərdi sərgi keçirildi

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində gənc rəssam Fərqanə Seyidovanın

"Gilə hopmuş həyat" adlı sərgisi keçirildi

    05 dekabr 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin B.Kəngərli adına Sərgi Salonunda Gənc Rəssamlar Bölməsinin üzvü, Naxçıvan Dövlət Universitetinin, İncəsənət fakültəsinin tələbəsi Fərqanə Seyidovanın "Gilə hopmuş həyat" adlı fərdi sərgisi keçirildi. Sərginin açılış nitqini Rəssamlar Birliyinin üzvü sənətşünas Nizami Alıyev edərək sərgi haqda geniş məlumat verdi. Sərgidə Fərqanə Seyidovanın müəllimləri, birliyin üzvləri, yaxınları çıxış etdilər və ona yaradıcılıq uğurları arzu etdilər. Sərgi ekspozisiyasında 45 adda iş təqdim edildi. Sərgiyə baxış oldu və sonda xatirə fotosu çəkildi.

Qalereya