STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Şahin Rəsulzadənin "Hər anda gözəllik" adlı fərdi sərgisi keçirilmişdir.

Rəssam-impressionist Şahin Rəsulzadənin "Hər anda gözəllik" adlı fərdi rəsm sərgisi keçirilmişdir.

8 dekabr 2022-ci il tarixdə "Beynəlxalq Rəssamlar günü" münasibəti ilə rəssam - impressionist Şahin Rəsulzadənin Naxçıvan MR Rəssamlar Birliyinin B.Kəngərli adına sərgi salonunda "Hər anda gözəllik" adlı fərdi sərgisi keçirilmişdir. Sərgidə Naxçıvan Rəssamlar Birliyinin sədri, əməkdar rəssam, Milli Məclisin mədəniyyət komitəsinin üzvü Ülviyyə Həmzəyeva çıxış etmiş, rəssam və yaradıcılığı haqqında geniş fikir söyləmişdir. Sonra, Heyət üzvləri Xalq rəssamı Hüseynqulu Əliyev, əməkdar rəssam Telman Abdinov, dostu və NRB üzvü Natiq İsmayılov, sənətşünas Nizami Alıyev əsərlər və seçilən mövzu ətrafında çıxış etmişlər. Digər çıxış edənlər də müəllifi ilk sərgi münasibətilə ilə təbrik etmiş uğurlar arzulamışlar. Şahin Rəsulzadənin çıxışından sonra, sərgiyə baxış olub. Rəssamlar günü münasibətilə tort kəsilib, gözəl gün qeyd edilib. Sərgi ekspozisiyasına rəssamın doxsana yaxın əsəri təqdim olunmuşdur. Sərgi həftə boyunca davam edəcək. Əsərləri əldə etmək üçün 0365455899 nömrəli tel.əlaqə yaratmaq olar.

Foto: Araz Xudiyev

Qalereya