STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

31 mart-Azərbaycanlıların Soyqırımı Günü

Azərbaycan tarixində bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də var. Bunlardan biri 31 mart- Azərbaycanlıların Soyqırımı Günüdür. Mart soyqırımı nəticəsində sovetləşmə ideyasına güclü zərbə vuruldu, xalqın müstəqil dövlətçiliyini bərpa etmək əzmi daha da gücləndi.  Bu günün xatirəsinə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilməklə əbədiləşir. Biz başımıza gətirilən müsibətləri unutmamalı və gələcək nəsillərə bu dəhşətləri unutdurmamalıyıq! Naxçıvan Rəssamlar Birliyinin B.Kəngərli adına sərgi salonunda "1918" adı altında sərgi keçirilmişdir.  İlk olaraq Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Sonra, rəssam Mətin Cəfərovon çəkdiyi Şəhid Ülvi Vəliyevin portretini qardaşına, Ülviyyə Qəhrəmanova isə Şəhid Bağır Ələkbərovun portretini, atasına təqdim etmişdir.

Sərgidə 15 rəssamın, 31 əsəri sərgilənmişdir. Sonda, sərgiyə baxış olmuşdur.

Qalereya