STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Balaca rəssam Yusif Qasımlının "Sehirli dünyam" adı altında sərgisi keçirildi.

Ulu Öndər Heydər Əliyev uşaqların ən böyük himayədarı idi və Heydər Əliyevin 100 illiyinə Naxçıvan Rəssamlar Birliyinin B.Kəngərli adına sərgi salonunda istedadlı, özəl duyumu olan balaca rəssam Yusif Qasımlının "Sehirli dünyam" adı altında sərgisi keçirildi. Bu gözəl sərgisini bizə ərmağan edən 11 yaşlı Yusifin dünyası möhtəşəm idi.
Yusif hərbçi ailəsində göz açıb və onu təbrik etmək üçün ordudan, Təhsil və Mədəniyyət nazirliklərindən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən  gəlmişdilər. Onun yaşıdları, dərnəkdən dostları ekspozisiyaya gözəl musiqi sədaları altında heyranlıqla tamaşa edirdilər. Müəlliməsi Nigar xanım, Yusifi sevən insanlar, ailəsi balaca rəssamın ünvanına çox gözəl sözlərlə çıxış etdilər.
Yolun açıq olsun balaca! İlk sərgin uğurlu olsun!
Sənət heç bir əngəl tanımır!
"Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır".
Heydər ƏLİYEV,
ümummilli lider

Qalereya