STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Naxçıvan Rəssamları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər.

Naxçıvan Rəssamları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər.
6 may tarixində Naxçıvan MR Rəssamlar Birliyinin üzvləri və əməkdaşları Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar, dahi liderin  heykəli önünə gül qoymuşlar.
Sonra, Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinovun "Dahi lider" adlı əsərinin muzeyə təqdim etmə mərasimi keçirilmişdir.
Təqdim etmə mərasimində Heydər Əliyev Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev, Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamları Cavid İsmayılov və Həbibə Allahverdiyeva çıxış etmişlər. 
Sonda muzeyə baxış keçirilmiş və xatirə şəkli çəkdirilmişdir.
Foto reportaj: Araz Xudiyev

Qalereya