STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

"Naxçıvan- Bəşəriyyətin Beşiyi" VI Beynəlxalq Rəsm Festivalının iştirakçıları ilə Grand oteldə tanışlıq tədbiri keçirildi

28 may 2023-cü il tarixdə Naxçıvan Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Naxçıvan- Bəşəriyyətin Beşiyi" VI Beynəlxalq Rəsm Festivalında iştirak edən əcnəbi və yerli rəssamlar ilə Grand oteldə tanışlıq tədbiri keçirildi. Tədbirdə iştirak edən rəssamlar özləri haqda məlumat verdikdən sonra Cahan holdinq tərəfindən "Naxçıvan nemətləri" hədiyyə paketləri və Rəssamlar Birliyinin hazırladığı rəssamlıq ləvazimatları tədbir iştirakçılarına təqdim olundu. Tədbirin sonunda iştirakçılar üçün şam yeməyi təşkil olundu.

Qalereya