STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

"Naxçıvan- Bəşəriyyətin Beşiyi" VI Beynəlxalq Rəsm Festivalı iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini və Muzeyini ziyarət etdilər

29 may 2023-cü il tarixdə Naxçıvan Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Naxçıvan- Bəşəriyyətin Beşiyi" VI Beynəlxalq Rəsm Festivalının iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül qoydular və Heydər Əliyev Muzeyini ziyarət etdilər. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva da iştirak etdi. Muzeyi ziyarət edən qonaqlar xatirə dəftərinə öz qeydlərini etdilər. Muzeylə tanışlıqdan sonra xatirə fotosu çəkildi.

Qalereya