STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

“Naxçıvan - bəşəriyyətin beşiyi” VI Beynəlxalq Rəsm Festivalının açılış tədbiri olub

“Naxçıvan - bəşəriyyətin beşiyi” VI Beynəlxalq Rəsm Festivalının açılış tədbiri olub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdir müavini Tural Rzayev, Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Kərimov, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Ağəli İbrahimov çıxış ediblər. Açılış tədbirində Cahan holdinqin aparat rəhbəri Azər Cəfərov və Marketinq müdiri Tələt Əlizadə iştirak etdilər.

Qeyd olunub ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət mədəniyyət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu sahədə mütəmadi olaraq əsaslı islahatlar aparılır, milli-mənəvi dəyərlərimizin yaşadılması diqqətdə saxlanılır.  Bildirilib ki, “Naxçıvan - bəşəriyyətin beşiyi” VI Beynəlxalq Rəsm Festivalı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, Bolqarıstan, Rusiya, Finlandiya və Latviyadan 60-dək rəssam iştirak edir. Bu festival mədəniyyətimiz üçün əlamətdar hadisə olmaqla yanaşı, rəssamlar üçün geniş yaradıcılıq imkanları açır.  

Festivalın yaradıcılıq müddəti ərzində qonaqlara Cahan holdinq tərəfindən sərin içkilər, çay kofe xidməti olundu. 

Festivalın açılış mərasimində muxtar respublikanın mədəniyyət kollektivləri tərəfindən musiqi və rəqs nümunələri təqdim edilib.  

Sonra iştirakçılar yaradıcılıq hissəsi ərəfəsində rəssamların fəaliyyətini canlı olaraq izlədilər.

Qalereya