STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Çorumda Türkiyə-Azərbaycan qardaşlıq sərgisi keçirildi

Çorumda Türkiyə-Azərbaycan qardaşlıq sərgisi keçirildi

Ümummilli Liderin anadan olmasının 100 illiyi, həmçinin Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə Çorum şəhərində Türkiyə-Azərbaycan qardaşlıq sərgisi keçirilir.

Sərgini Naxçıvan Rəssamlar Birliyinin üzvü Nilgün Ayşecik Çevik açaraq bu cür tədbirlərin hər iki qardaş ölkə arasında mədəni bağların daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirib.

Naxçıvan Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva, Naxçıvan Müəllimlər İnstitutu İncəsənət fakültəsinin kafedra müdiri Həbibə Allahverdiyeva, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin dekanı, Əməkdar rəssam Cavid İsmayılov, Çorum bələdiyyəsinin sədri Halil İbrahim Aşqın çıxış edərək Türkiyə ilə Azərbaycanın tarixən mövcud olan dostluq, qardaşlıq əlaqələrindən danışıblar.

Ülviyyə Həmzəyeva bələdiyyə sədrinə xatirə hədiyyələri təqdim edib.

Qeyd edək ki, sərgidə Naxçıvan Rəssamlar Birliyindən 40 rəssamın 100 ədəd müxtəlif mövzularda işlədiyi rəsm, mis üzərində döymə, taxta üzərində yandırma, miniatür və qoblen sənət növündən nümunələr tamaşaçılara təqdim olunur.

Sərgi üç gün davam edəcək.

Qalereya