STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri İğdir şəhərində "ŞUŞA" adını daşıyan uşaq bağçasının açılış tədbirində iştirak etdilər.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri İğdir şəhərində "ŞUŞA" adını daşıyan uşaq bağçasının açılış tədbirində iştirak etdilər.

26 oktyabr 2024-cü ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri Türkiyənin İğdir şəhərində yeni istifadəyə verilmiş və Heydər Əliyev liseyi ilə üz üzə yerləşən "ŞUŞA" adını daşıyan uşaq bağçasının açılış tədbirində iştirak etdilər. Tədbirdə İğdır Milli Eğitim Müdürü Servet CANLI, Şöbe müdürü Cevdet PARLAR, Şuşa Okul müdürü Fatma KURT, Gençlik ve Spor Şöbə Müdürü Serkan ÇATAK, Emek Gençlik Merkezi Müdürü
Bahaddin KARADUMAN iştirak etdilər.
Millət vəkili Ülviyyə Həmzəyeva və Naxçıvan Rəssamlar Birliyi tərəfindən Türkiyə-Azərbaycan dostluğunu ehtiva edən uşaq rəsmiləri və Şuşa şəhərinin simvolu olan Xarı Bülbül rəsmini və nişanlarını təqdim etdi.
Uşaq bağçasının Milli Qəhrəman MÜBARİZ İBRAHİMOV adına xususi motivasiya otağı ilə tanış oldular və baxça rəhbərliyi tərəfindən, otaq barəsində məlumatlandırıldılar. "Mübarizlər Şəhid olmasın - Mübarizlər yetişsin" deyə səsləndirilən fikir-şüar tədbirin anlamını daha da yüksəltdi. Naxçıvan Rəssamları İğdır rəsmilərinə, uşaq-baxçası rəhbərliyinə və Emek Cenclik Mərkəzinə qonaqpərvərlik üçün minnətdarlıqlarını bildirdilər.

Qalereya