STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Türkiyənin Naxçıvandakı Baş Konsulluğu və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə fotosərgi keçirildi

Türkiyənin Naxçıvandakı Baş Konsulluğu və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə fotosərgi keçirildi

28 noyabr  2023


T.C. Nahçıvan Başkonsolosluğu və Naxçıvan Rəssamlar Birliyi birgə “Cumhuriyyətin İlanının. 100 Yılı - Haydar Aliyevin Doğumunun. 100 Yılı” adlı foto sərgisinin təntənəli açılışını etmişlər. Çıxışlara keçməzdən öncə müstəqilliyə gedən yolda şəhid olmuş və dünyasını dəyişmiş liderlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu və hər iki dövlət himni səsləndirildi.
Sərgini çıxış sözü ilə Naxçıvan Rəssamlar Birliyinin sədri, əməkdar rəssam, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva açaraq, qonaqları salamlamış və sərginin mahiyyəti barəsində geniş məlumat vermişdir.
Çıxışçılar Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulu Asip Kaya, AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Türkiyənin İğdir Vilayətinin Azərbaycan Evinin sədri Ziya Zakir Arac, Naxçıvan Universitetinin rektoru Anar Kazımov, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigar Türkiyə - Azərbaycan dostluğundan,  o dövr cərəyan edən hadisələrdən və bu günkü münasibətlərdən geniş çıxış etmişlər. 
Çıxışlardan sonra, əməkdar rəssam Fikrət Babayevin Aprel döyüşlərinin iştirakçısı, 44 günlük Vətən Müharibəsinin şəhidi baş leytenant Zülfü Rzayevin çəkdiyi portretini, həyat yoldaşı Gülnar xanıma təqdimatı oldu.
Təqdimatdan sonra sərgiyə baxış və xatirə fotosu çəkdirildi.
Tədbirdə millət vəkilləri, dövlət nümayəndələri, Rəssamlar, KİV, qəzet və radio nümayəndələri iştirak etmişlər.
Foto Araz Xudiyev

Qalereya