STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Naxçıvanın gənc rəssamları arasında müsabiqə keçirilib

Naxçıvanın gənc rəssamları arasında müsabiqə keçirilib

29 noyabr 2023 



Gənclər arasında “Heydər Əliyev İli”nə həsr olunmuş “Art Battle” adlı rəsm müsabiqəsi keçirilib. Bəhruz Kəngərli adına Rəssamlar Parkında reallaşan yarışmada onlayn qeydiyyat prosedurunu uğurla tamamlayan 20 gənc iştirak edib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən ənənəvi müsabiqənin iştirakçıları rəsm ləvazimatları ilə təmin edilib. Münsif heyətinin qiymətləndirməsinə əsasən bir nəfər birinci yer olmaqla, 5 ən yaxşı rəsm nümunəsinin müəllifi və həvəsləndici yer sahibləri diplom, fəxri fərman və hədiyyələrlə mükakatlandırılıb. 
Mükafatlandırma mərasimində gənclər və idman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov və Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva tədbirlə bağlı təəssüratlarını bölüşüb, iştirakçılara uğurlar arzulayıblar. 
Müsabiqə yeni istedadların aşkar olunması, gənclərin yaradıcılıq potensialının gücləndirilməsi və asudə vaxtlarının səmərəli təşkilinə xidmət edib.

Qalereya