STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda Qərbi Azərbaycana həsr olunan "Hər birimiz Qərbi azərbaycanlıyıq" rəsm sərgisi təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda Qərbi Azərbaycana həsr olunan "Hər birimiz Qərbi azərbaycanlıyıq" rəsm sərgisi təşkil olunub.

11 dekabr 2023

Keçirilən tədbirdə çıxış edən Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva dövlət başçısı tərəfindən müəyyənləşdirilən Qərbi Azərbaycana qayıdış konsepsiyasının və bu istiqamətdə atılan bütün addımların soydaşlarımızın öz doğma yurdlarına qayıtmaq ümidini hər gün daha da artırdığını bildirib. Qeyd edib ki, Qərbi Azərbaycana qayıdış konsepsiyası çərçivəsində təşkil edilən bu sərgi rəssamların əzəli torpaqlarımızla bağlı yaradıcılıq nümunələrini üzə çıxarmaqla bərabər, ərsəyə gətirilmiş gözəl əl işlərini özündə birləşdirir.

"Rəsm əsərlərində Qərbi Azərbaycanın dini-mədəni, eləcə də tarixi abidələri və folklor nümunələri əks olunub. Sərgidə 15 rəssamın 32 əl işi sərgilənir", - deyə Ülviyyə Həmzəyeva əlavə edib.

Digər çıxış edənlər də sərginin təşkilini təqdirəlayiq addım kimi qiymətləndirib, rəssamlara bu yolda uğurlar arzulayıblar.

Sonra sərgiyə baxış olub.

Sonda sərgidə əl işləri nümayiş olunan rəssamlara sertifikatlar təqdim edilib.

Rəsm sərgisi 1 həftə ərzində davam edəcək.

Qeyd edək ki, sərgi Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi, Qərbi Azərbaycan İcması və Naxçıvan Rəssamlar Birliyi tərəfindən təşkil olunub.

Qalereya