STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Naxçıvanda Türkiyə Konsulluğu və Rəssamlar Birliyinin təşkilatçılığı ilə rəsm müsabiqəsi keçirilib

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının və Türkiyənin Cümhuriyyətinin 100 illiyi münasibətilə şagirdlər arasında rəsm müsabiqəsi keçirilib.

Türkiyənin Naxçıvandakı Baş Konsulluğu və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı və muxtar respublikanın Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “İki dövlət, bir millət” rəsm müsabiqəsində ümumilikdə 70 rəssamın 75 əsəri sərgilənib.

Münsiflər heyəti dostluğumuzu, qardaşlığımızı, qəhrəmanlığımızı, ortaq dəyərlərimizi, ölkələrimizin gözəlliklərini rəngarəng boyalarla əks etdirən rəsmləri qiymətləndirib, qaliblər müəyyənləşib.

İlk yerin qalibi Qızlar Liseyinin 6-cı sinif şagirdi Əsmər Mütəllimova olub. Müsabiqənin sonunda yer tutan gənc istedadlar diplom və pul mükafatı ilə mükafatlandırılıb.

 

19 dekabr 2023

Qalereya