STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Naxçıvan Dövlət Milli Dram Teatrında görkəmli rəssam İbrahim Safinin 125 illik yubileyi təntənəli şəkildə qeyd olunmuşdur.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin və Naxçıvan Muxtar Respublikası Rəssamlar  Birliyinin birgə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında görkəmli rəssam İbrahim Safinin 125 illik yubileyi təntənəli şəkildə qeyd olunmuşdur.


Yubiley çərçivəsində İbrahim Safinin 20 əsərlərinin reproduksiyasından ibarət sərgi təşkil olunmuş və Əməkdar rəssam Ülviyyə Həmzəyevanın yenicə çapdan çıxmış "İbrahim Safi: Rəssam-impressionist" adlı kitabının təqdimatı olmuşdur.
Tədbirdən öncə qonaqlar, sərgi ilə tanış olmuş, rəssamın yaradıcılığı haqqında geniş məlumat almışlar.
Tədbiri giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq, görkəmli rəssam haqqında geniş məlumat vermişdir.
Sonra, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət nazirinin müavini Həsən Seyidov,
Naxçıvan Muxtar Respublikası Rəssamlar  Birliyinin  sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Ülviyyə Həmzəyeva, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işçisi Şəmsiyyə Zalova çıxış etmişlər.
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov,
Naxçıvan Muxtar Respublikası Rəssamlar  Birliyinin  baş fond mühafizi, sənətşünas Nizami Alıyev Ülviyyə Həmzəyevanın “Rəssam-impressionist” kitabının təqdimatını etmiş və kitab haqqında geniş çıxış etmişlər.
Tədbirin sonunda, Ibrahim Safinin əmisi nəvəsi Məhəbbət Səfiyeva çıxış edərək Səfiyevlər ailəsi adından keçirilən tədbir və kitab təqdimatı üçün təşəkkür etmişdir.
Yekunda, Naxçıvan MR Film Fondunun rəssamın həyat və yaradıcılığına hazırladığı video çarx izlənilmişdir.
Tədbirdə T.C. Nahçıvan Başkonsolosluğu , ali təhsil ocaqlarının kollektivləri, yaradıcı təşkilatlar, muzeylər, KİV və qəzet nümayəndələri iştirak ediblər. 

27.12.2023

Qalereya