STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Şahin Rəsulzadənin "Təəssürat" adlı fərdi yaradıcılıq sərgisi keçirilmişdir.

Naxçıvan MR Rəssamlar Birliyinin B.Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikasının yaranmasının100 illiyinə həsr olunmuş rəssam-impressionist Şahin Rəsulzadənin "Təəssürat" adlı fərdi yaradıcılıq sərgisi keçirilmişdir.
Sərgidə Naxçıvan Rəssamlar Birliyinin Fond mühafizi, sənətşünas Nizami Alıyev çıxış edərək, rəssamın həyat və yaradıcılığından geniş məlumat vermiş, Naxçıvan Rəssamlar Birliyinin sədri, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Ülviyyə Həmzəyevanın təbrikini çatdırmışdır. 
Sərgidə Naxçıvanda Türkiyə Cümhuriyyətinin Baş Konsulu, Rəssamlar Birliyinin fəxri üzvü Asip Kaya da çıxış edərək, rəssamı təbrik etmişdir. Sonra,   rəssamın həmkarları və dostları çıxış edərək müəllifi sərgisi münasibətilə təbrik etmişlər.
Sonda müəllif keçirilən sərgiyə görə təşəkkürlərini çatdıraraq, qonaqları salamlayaraq, sərgiyə baxmağı dəvət etmişdir. 
Sərgi həftə boyunca davam edəcək.
Əsərləri əldə etmək üçün 0365455899 nömrəli tel.əlaqə yaratmaq olar.
Foto Araz Xudiyev

10 yanvar 2024

  22-02-2024 18:07
Qalereya