STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Nəsrullah Musayev

MUSAYEV Nəsruallah Əyyub oğlu 02.10.1965-ci ildə Babək ayonunun Cəhri kəndində anadan olub. Rəssam. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin “Bədii tərtibat” şöbəsində təhsil almışdır (1981-1985). Azərbaycan Rəssamlar İttifaqının (2017) və Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2014). Naxçıvan Dövlət Rəsm Qalereyasında bərpaçı rəsam vəzifəsində çalışır (2020). Naxçıvan MR Rəssamlar Birliyində keçirilən sərgilərində fəal iştirak edir. “Naxçıvan-bəşəriyyətin beşiyi” IV və V Beynəlxalq Rəsm Festivalının iştirakçısıdı (2018, 2021). Əsərləri Milli Dəyərlər Muzeyi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Naxçıvan Dövlət Rəsm Qalereyası, Bakı, Tiflis, İstanbul, Ankara, Ərzurum, Kars, Moskva, Kiyev, Nursultan, Təbriz şəhərlərində və bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.