STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Sabir Məmmədov

MƏMMƏDOV Sabir Duman oğlu 09.09.1954-cü ildə Babək rayonunun Nəzərabad kəndində anadan olub. Rəssam. Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı (2021). Bakı şəhər 84 №-li Texniki Rəssamlıq Məktəbinin Daş üzərində oyma ixtisası üzrə təhsil alıb (1972-1974). Azərbaycan Rəssamlar İttifaqının (2006) və Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2012). Haliyədə Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında quruluşçu rəssam vəzifəsində çalışır (2019). Teatrın səhnəsində tamaşaya qoyulan Abdulla Şaiqin “Fitnə” əsərinə bədii tərtibat vermişdir (2021). Naxçıvanda ilk dəfə olaraq Naxçıvan Yerli Sənaye Kombinatında mis üzərində döymə emalatxanasının təsisçisi olmuş və eskizləri əsasında hazırlanan döymə işləri SSRİ məkanında satışa buraxılmışdır (1976). 2013-cü ildə Naxçıvan MR İqtisadiyyat Nazirliyi tərəfindən “İlin sənətkarı” adı ilə, 2014-cü ildə isə “Rəşadətli əməyə görə” döş nişanı ilə təltif olunmuşdur. 2005-ci ildə Ukraynanın Kiyev şəhərində, 2014-də Naxçıvan MR Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda 60 illik yubileyinə həsr olunmuş və 2017-də həmin sərgi salonunda “Boyaların suda rəqsi” adlı fərdi sərgiləri olmuşdur. Rusiya, Ukraina, İran, Türkiyə, Gürcüstan və digər xarici ölkələrdə bir çox qarışıq sərgilərdə iştirak etmişdir. “Naxçıvan - bəşəriyyətin beşiyi” I, II, III, IV və V Beynəlxalq Rəsm Fstivalının iştirakçısı olmuşdur (2012, 2014, 2016, 2018, 2021). Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Xətai Sənət Mərkəzi ilə birgə keçirdikləri “Sulu boya” sərgisinin qalibi (2016) və Naxçıvan MR Rəssamlar Birliyinin təşkil etdiyi “Naxçıvan-95” “Yurdumun rəngləri” festival-müsabiqəsində dekorativ-tətbiqi sənət nominasiyası üzrə I yerin qalibi olmuşdur (2019). Əsərləri Naxçıvan Dövlət Rəsm Qalereyası, Milli Dəyərlər Muzeyi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Naxçıvan Duz Muzeyi, Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Bakı, Tiflis, İstanbul, Ankara, Bodrum, Antaliya, Kapatokiya, Konya, Niğdə, Kastamonu, Urfa, Ərzurum, Kars, Adıyaman, Bursa, İzmir, Uşak, Muş, Dənizli, Moskva, Sankt-Peterburq, Yekaterinburq, Kiyev, Xarkov, Tallin, Samara, Kazan, Orenburq, Paris, Vyana, Roma, Oslo, Amsderdam, Berlin və avropanın digər şəhərlərində ki şəxsi kolleksiyalarda qorunub saxlanılır.