STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
QƏDİMOV Rafael Sabir oğlu 29.09.1969-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. Rəssam. Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı (2021). Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır(1984-1988). Azərbaycan Rəssamlar İttifaqının(2005) və Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2012). Məmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında quruluşçu rəssamdır (1990-2021). Teatrın səhnəsində: Üzeyir Hacıbəyovun “Arşın mal alan” (2011), Zaur Vedilinin “Meşə məcaraları” (2012), “Üç qismətli varis” (2020), Nağı İsmayılzadənin “Ağca və Bozca” (2013), Gülnarə Kərimovanın “Nəğməkar Bülbül” (2014), Əyyub Abbasovun “Keçinin qisası” (2017), Kəmalə Ağayevanın “Göyçək Fatma” (2017), “Tık-tık xanım” (2018), Şirzad Abutalıbovun “Kələkbazlar” (2017), “Buratino” (2019), “Ələddinin sehirli çırağı” (2018), Arzu Soltanın “Qırmızı yaşıl mavi” (2018), Bayram İsgəndərlinin “Cırtdanın yeni sərgüzəşti” (2018), N.K.Andersenin “Qar kraliça” (2019) və s. əsərlərə səhnə tərtibatı vermişdir. Naxçıvan MR Rəssamlar Birliyinin keçirdiyi sərgilərinin ən fəal iştirakçılarındandır. Yaradıcılığında portret janrı mühüm yer tutur. Xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr etdiyi “Ümidimiz sənədir”, “Dahilər diyarı”, “Nizami Gəncəvinin Əcəmi Naxçıvani ilə görüşü”, “Əcəmi Naxçıvani”, “Şəmsəddin Eldəniz”, “Möminə xatının portreti”, “Kəlbalı xan Naxçıvanski”, “İsmayılağa Naxçıvanski”, “Hüseyn xan Naxçıvanski”, “Qonçabəyim” və digər görkəmli və tarixi şəxsiyyətlərin portretləri emosional təsiri, rəng çalarlarının poetik cazibəsi ilə diqqəti daha çox cəlb edir. Tematik kompozisiya, mənzərə və natürmort təsvirli – “ Festival”, “Qaçqın”, “Möminə xatın türbə kompleksi”, “Qala”, “Mənzərə”, “Narlar”, “Qədim məişət əşyaları” və s. diqqəti daha çox cəlb edən əsərlərindəndir “Naxçıvan-bəşəriyyətin beşiyi” I, III, IV və V Beynəlxalq Rəsm festivalının iştirakçısıdır (2012, 2016, 2018, 2021). Rafael Qədimovun əsərləri bir çox xarici ölkələrdə: Rusiya, Türkiyə, İran, Türkmənistanda uğurla sərgilənmişdir. Əsərləri Rusiya, Türkiyə, İran, Türkmənistan kimi xarici ölkələrdə, Naxçıvan Dövlət Rəsm Qalereyasında, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq və Açıq Səma Altında Muzey Kompleksində, Bakı və Naxçıvan şəhərlərində bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.