STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
BAYRAMOV Səyyad Məmiş oğlu. 03.11.1958-ci ildə Şahbuz rayonunun Keçili kəndində anadan olmuşdur. Teatr rəssamı. Naxçıvan MR-in əməkdar rəssamı (2008).Əzim Əzimzadə adına Bakı Dövlət Rəssamlıq məktəbində təhsil almışdır (1979-1983). Azərbaycan Rəssamlar İttifaqının (2005) və Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2012). Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında quruluşçu rəssamı (1985-2021) və Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində rəsm dərnəyinin rəhbəridir (1998-2021). Naxçıvan Teatrının səhnəsində tamaşaya qoyulan H.Cavidin “Topal Teymur”, G.Xudayevin “Mənim qaynanam”, İ.Əfəndiyevin “Hökümdar və qız”, Ə.Əsgərovun “Qız atası”, K.Ağayevanın “Məhsəti”, M.Nəsirlinin”Qonçabəyim nəğməsi”, Ş.Mehdiyevin “Mirzə Fətəli”, M.F.Axundovun “Xırs quldurbasan”, “Müsyo Jordanın Qarabağ sərgüzəşti”, Ə.Əmirlinin “Varlı qadın”, N.N.rimanovun “Nadir şah”, M.S.Ordubadinin “Qılınc və qələm”, C.Məmmmədquluzadənin “Ölülər və dəlilər” Qriboyedovun “Ağıldan bəla”, İ.Səfərlinin “Göz həkimi”, N.Xəzrinin “Burla xatun”, V.Səmədoğlunun “Mamoy kişinin yuxuları”, Qoqolun “Müfəttiş” və başqa əsərlərə uğurlu səhnə tərtibatları vermişdir. O, 2008, 2010 və 2019-cu illərdə Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda fərdi yaradıcılıq sərgiləri keçirmişdir. Naxçıvan MR Rəssamlar Birliyinin təşkil etdiyi “Naxçıvan-95” “Yurdumun rəngləri” festival-müsabiqəsində və Naxçıvan Muxtar Respublikasının Gənclər fondunun təşkil etdiyi “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü” mövzusundakı yaradıcılıq müsabiqəsində iştirak etmişdir (2019). Rəssam Naxçıvan və Bakı şəhərlərində, Türkiyə, Türkmənistan, İran və digər xarici ölkərdə qarışıq sərgilərdə iştirak etmişdir. Naxçıvan Rəssamlar Birliyində keçirilən sərgilərin fəal iştirakçısıdır. Əsərləri Heydər Əliyev Muzeyi, Naxçıvan Dövlət Tarix Muzeyi, Naxçıvan Dövlət Rəsm Qalereyası, Cəlil Məmmədquluzadə adına Naxçıvan MR Ədəbiyyat Muzeyi, Bəhruz Kəngərli Muzeyi, Xatirə Muzeyi, Kəngərlin Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Məmməd Tağı Sidqinin Ev Muzeyi və bir çox, fərdi kolleksiyalarda qorunub saxlanılir.