STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
ƏZİMBƏYOVA Leyla Behruz qızı 18.10.1990-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. Rəssam. Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı (2021). Azərbaycan Tibb Universitetinin “Müalicə profilaktika” fakültəsində (2007), Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində (2013) və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (2020) təhsil almşdır. Yaradıcılıq fəaliyyətinə 2009-cu ildə başlamışdır. Yaradıcılıq əsərləri: Əcəmi Seyrangahında “Novruz şənliyi” sərgisində (2014), Naxçıvanqala Tarix – Memarlıq Kompleksində “Xalq yaradıcılığı” sərgisində (2015), Naxçıvan MR Rəssamlar Birliyinin “8 Mart Beynəlxalq Qadınlar günü”nə həsr olunmuş sərgidə (2015), “qadın obrazı və güllər” sərgisində (2016). və Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş “Heydər Əliyev Dühası Əbədi yaşardır” sərgisində (2016) əsərləri ilə iştirak etmişdir. Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda “Başlanğıc” adlı ilk fərdi sərgisi keçirilmişdir (2016). Nəsimi Beynəlxalq Rəsm Festivalının iştirakçısı (2020), Xarı Bülbül Beynəlxalq Rəsm Festivalı (2021), Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin B.Kəngərli adına sərgi salonunda Rəssamlar Birliyinin 50 illik yubiley sərgisinin iştirakçısı (2021). Respublika və xarici qarışıq qrup sərgilərinin iştirakçısıdır. Əsərləri Naxçıvan və Bakı şəhərlərində, o cümlədən bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.