STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
HƏMZƏYEVA Ülviyyə Tapdıq qızı
30.04.1982-ci ildə Babək rayonunun Şəkərabad kəndində anadan olmuşdur. Rəssam. Azərbaycan Respublikasının Əməkdar rəssamı (2009). Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri (2011) Azərbaycan Respublikası Milli Məclisinin Deputatı (2015), UNESKO “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Akademik (2013) və UNESCO - nun Beynəlxalq İncəsənət Assosasiyasının üzvüdür (2019). Naxçıvan Dövlət Universitetinin İncəsənət fakultəsinin Təsviri İncəsənət və rəsmxət müəllimliyi ixtisası üzrə bakalavr (1999-2003) və həmin Universitetinin Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistr təhsili almışdır (2003-2006). Naxçıvan Dövlət Universitetinin Təsviri İncəsənət və Rəsmxət kafedrasının baş laborantı (2003-2004) və həmin kafedranın baş müəllimi vəzifələrində işləmişdir (2004-2014). 2008-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı fəxri adına layiq görülmüşdür. IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin (2010-2015), V (2015-2020) və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin Deputatı seçilmişdir (2020-2025). Azərbaycan Rəssamlar İttifaqının (2010) və Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2012). Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dissertantıdır (2019). Görkəmli rəssam İbrahim Safinin tədqiqatçısıdır. Əsərlərində əsasən milliliyi, qədimliyi, mifologiyanı və həyatın fəlsəfəsini semiotic və özünəməxsus tərzdə əks etdirir. Azərbaycanda ilk dəfə soyqırım qurbanlarının xatirəsinə Naxçıvan (2001) və Şahbuz (2002) şəhərlərində ucaldılmış monumental heykəltəraşlıq abidəsinin müəllifidir. Bir neçə fərdi sərgisi olmuşdur .o cümlədən: Naxçıvan Dövlət Universitetinində “Bir-inci” (2000), Türkiyə Respublikasının Fırat Universitetində “Kaleydoskop” (2003), Van Universitetində “Buta” (2006), Naxçıvan Rəssamlar Birliyində “Nöqtədən-Nöqtəyə” (2009), Fransanın Azərbaycandakı səfirliyində “Qədimlik-Muasirlik” (2012), Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda “Nöqtədən-Nöqtəyə” (2012) və Naxçıvan MR Rəssamlar Birliyinin B.Kəngərli adına sərgi salonunda"Portal" adlı fərdi sərgiləri olmuşdur (2017). O, respublikamızda və dünyanın müxtəlif ölkələrində keçiriləb bir çox qarışıq sərgilərə və festivallarda qatılmışdır. Belə ki: ABŞ-da – oktyabr 2000-ci ildə “Western Sprinqs” Qadınlar Klubunda, Oktyabr-noyabrda Ford Xatirə Kitabxanasında, yanvar 2001-ci ildə Avraasiya Konfransında, apreldə Beynəlxalq Araşdırmalar, Təhsil Mərkəzində, PUC dərnəyinin iclasında, Nortwest İndiana Dünya Ticarət Şurasında, Perdue Universiteti Calumetdə və may ayında Təşəbbüskarlıq-Ticarət sərgisində əsərləri nümayiş etdirilmişdir. Naxçıvanda: ''Yurdumun rənglıri''(2000), “Qurama bu gün” (2003) və digər qarışıq sərgilərə qatılmışdır (2004-2006, 2009). Bakıda :“Naxçıvan rəssamlarının sərgisi” (2011), Müasir İncəsənət Muzeyində Dünya Rəssamlıq Akademiyası üzvlərinin “11” adlı sərgisi (2014) və Azərbaycan Rəssamlar İttifaqında "Turan" Beynəlxalq Rəsm sərgilərində iştirak etmişdir (2015). Ərzurumda “Türk Şöleni” Beynəlxalq Türk Festivalı (2009), Bakıda "Qız Qalası" Beynəlxalq İncəsənət Festivalı (2015), Naxçıvanqala Tarix-Memarlıq Muzeyi Kompleksində "Milli Geyimlər Festivalı" (2018), Adanada III Beynəlxalq Türk Dünyası Sənət Festivalı (2019) və “Naxçıvan - bəşəriyyətin beşiyi” I, II, III, IV və V Beynəlxalq Rəsm Festivalının iştirakçısı və kuratoru olmuşdur (2012, 2014, 2016, 2018, 2021). Ülviyyə Həmzəyeva eyni zamanda dünyanın bir şox ölkələrində keçirilən mədəniyyət günləri və s. tədbirlərdə də Azərbaycanı layiqincə təmsil etmişdir. 2011 də Türkmənistanın Aşqabad şəhərində “Azərbaycan Mədəniyyəti Günləri”, 2012 də Gürcüstanın Tbilisi şəhərində “Xoşgəldin Azərbaycan!”, 2013 də Çinin Pekin şəhərində “Sülh və İncəsənət Ustaları” Beynəlxalq Rəsm Sərgisində, 2013də ABŞ-ın Lonq Ayland şəhərində , 2019 da Türkiyənin İstanbul ''BİRQRUPİNSAN'' və Ankara şəhərlərində Art V Müasir İncəsənət Sərgisində də iştirak etmişdir. Ülviyyə Həmzəyeva teatr rəssamlığı sahəsində də, uğurlu nəticələrə nail olmuşdur O, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində dünya şöhrətli şair dramaturq və filosof, ədəbiyyat sahəsi üzrə nobel mükafatçısı Moris Meterlinkin “Göy quş” feriya pyesinin (2018), Xalq yazıçısı Elçin Əfəndiyevin “Teleskop” (2019) və Nizami Gəncəvinin “Sirlər xəzinəsi” (2021) əsərlərinin quruluşçu rəssamı olmuşdur. Rəssamın yaradıcılığı, yeni tərzi, janr əlvanlığı ilə diqqət çəkir. İlk baxışdan onun əsərləri müasir alleqoriyalar kimi görünür və əsərlərdə təsviri görmək kifayət etmir. O həm də başa düşülməlidir. Eyni zamanda, onun əsərləri Azərbaycan sənətinin qədim ənənələri ilə dərin əlaqəlidir. Xalçaların, miniatürlərin və qədim petrogliflərin nümunələrini xatırladan rəsm əsərləri, əfsanələr və nağılların fantastik personajlarını canlandırır. Onun tarixi dəqiqliyi əks etdirən dünyagörüşü, müəlliflik hüququ ilə qorunan müasir qrafika texnikalarında "toxunmuş" qədim simvolizmlə ifadə edilmiş fəlsəfi əsərləri çox maraq doğurur və ona geniş bir izləyici auditoriyası qazandırmışdır. Onlardan “Naxçıvan-bəşəriyyətin beşiyi” (2009), “Şahmar” (0000), Koleydoskop (2008), Dədə Qorqud (0000), “Yatmış gözəl” (0000), Mistik Misir (2009), “Dəfnə” (2009). İbrahim Safi kitabının və bir çox elmi məqalənin müəllifi, beynəlxalq və ölkəmiqyaslı incəsənət festivallarının, simpozium və konfransların iştirakçısı və müsabiqələrin qalibi olan rəssamın əsərləri ABŞ, Çin, Türkiyə, Portuqaliya, Fransa, Misir, BƏƏ və.s ölkələrdə 200-dən çox qarışıq və fərdi sərgilərdə nümayiş etdirilmişdir. Rəssam Beynəlxalq “Radiance” Rəsm Müsabiqəsinin qalibi (2011), VIII Dünya İncəsənət Festivalı, Lissabon, Portuqaliya “Unikal milli orijinallıq” nominasiyası üzrə 1-ci yer tutmuş, “VERA”mükafatı ilə təltif olunmuş (2014) və Dubaidə Qlobal İncəsənət Mükafatı nominasiyası üzrə Finalçı olmuşdur (2018). O, ABŞ Kaliforniyada çap edilən “V Beynəlxalq Muasir Ustadlar” kitabına (2011), 2013-cü ildə Çin Respublikasının “Sülhə Aparan Yol” Beynəlxalq Təsviri İncəsənət Ustadları kitabına adı daxil edilmişdir. 10-dan çox elmi məqalənin müəllifidir, bir çox kitablara illustrasiyalar etmişdir. 200-ə yaxın qarışıq və fərdi sərgilərdə iştirak etmişdir. Rəssamın əsərləri: ABŞ, Kanada, Çin, Türkiyə, Portuqaliya, Fransa, Misir, BƏƏ, Pusiya Ukraina, Türkmənistan, İran, Gürcüstan və digər xarici ölkələrdə, Bakı şəhərində, H.Əliyev Muzeyində, Bakı Müasir İncəsənət Muzeyində, Naxçıvandakı Hüseyn Cavidin Ev Muzeyi, Bəhruz Kəngərli Muzeyi, Xatirə Muzeyi, Naxçıvan Dövlət Rəsm Qalereyası, Cəlil Məmmədquluzadənin Cəlilkəntdəki Xatirə Muzeyi, “Əlincə qala” Tarix-Mədəniyyət Muzeyi və bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır